2025-ci ilin aprel ayı ərzində əlilliyə görə 254 500-dən çox şəxs pensiya, 218 700-dən çox şəxs aylıq müavinət, 89 500-dən çox şəxs isə Prezident təqaüdü alıb.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Qeyd edək ki, cari ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 475 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.