2024-cü ildə 22 485 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1235-i qadın olub.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
Müqayisə üçün bildirilib ki, 2023-cü ildə 25006 cinayət törətmiş şəxsdən 1299-u qadın olub.
Anar Kəlbiyev