"Əl-Nəsr"in futbolçu Kriştiano Ronaldo Millətlər Liqasının oyunu üçün Portuqaliya millisinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
40 yaşlı hücumçu yarımfinalda Almaniya millisinə qarşı keçiriləcək görüşdə meydana çıxa bilər.
Qeyd edək ki, Almaniya və Portuqaliya yığmaları arasında yarımfinal matçı iyunun 4-də "Alyans Arena"da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.