“Sabah”ın qapıçısı Stas Pokatilov növbəti dəfə Qazaxıstan millisinə çağırılıb.

"Unikal" xəbər verir ki, baş məşqçi Alı Alıyev 36 nəfərlik ilkin siyahısında 32 yaşlı futbolçu da yer alıb.

Pokatilov iyunda Belarus və Şimali İrlandiya ilə keçiriləcək matçlarda meydana çıxa bilər.

Qeyd edək ki, Qazaxıstan yığması iyunun 5-də Minskdə Belarusla yoldaşlıq görüşü keçirəcək. Komanda iyunun 9-da isə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək.