Ukraynanın “Dinamo Kiyev” klubu futbolçusu Andrey Yarmolenko ilə müqavilə müddətini yeniləyib.

"Unikal" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Ukrayna millisinin 35 yaşlı tanınmış hücumçusunun müqaviləsi daha bir il uzadılıb.