Yəmən husiləri Tel-Əvivin Ben Qurion hava limanına hücum ediblər.

"Unikal" xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.

"Raket qoşunlarımız  hərbi əməliyyat keçirib, bu zaman onlar Ben-Qurion hava limanına ballistik raketlə hücum ediblər”, - o, açıqlamasında bildirib. 

Hələlik İsrail tərəfi  hadisə ilə bağlı məlumat yaymayıb.