Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqların Vatikanda keçirilməsi ilə bağlı heç bir razılaşma olmayıb.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, bundan əvvəl "The Wall Street Journal" Rusiya və Ukrayna arasında danışıqların ikinci mərhələsinin Vatikanda keçirilə biləcəyini yazıb. Nəşrin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp mayın 19-da Avropa liderləri ilə söhbəti zamanı deyib. Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və xüsusi elçi Keyt Kelloqun da iştirak edəcəyi bildirilib. Danışıqların iyunun ortalarına planlaşdırıldığı bildirilir.
Gülayə Mecid