Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev mayın 14-də 208 №-li tam orta məktəbdə Bülbülə qəsəbəsinin, mayın 21-də isə 85 №-li tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşlərdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, idarələrin və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Adil Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət edən qərarlar barədə ətraflı məlumat verib. O, qeyd edib ki, missiyamız hər bir vətəndaşın problemini yerində öyrənmək, onları dinləyərək təklif və müraciətlərini nəzərə almaq, eləcə də problemlərin həll yollarını birlikdə tapmaqdır.
Səyyar görüşlərdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib, onların həlli nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.