"Bayer"in futbolçusu Pyero İnkapi "Real"a keçir.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Ekvadorlu mərkəz müdafiəçisinin artıq müqavilə bağlamaq üçün Madridə getdiyi bildirilib.
Bu transferin təxminən 60 milyon avroya başa gələcəyi qeyd olunub. "Real"ın yeni baş məşqçisi Xabi Alonso sabiq futbolçusunu öz komandasında görmək istəyib.
Qeyd edək ki, 2021-ci ildən Leverkuzen təmsilçisində çıxış edən Pyero İnkapi bu mövsüm "Bayer"də 45 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə edib.