"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası çempionatın bitiminə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
"Unikal" xəbər verir ki, Gənclər Liqasında çıxış edən sözügedən kollektiv 36-cı turda səfərdə “Zirə” ilə qarşılaşıb.
"Bayquşlar" rəqibini 4:0 hesabıyla məğlub edib. Qollara Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev imza atıblar. Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda liderliyini möhkəmləndirərək digər rəqibləri üçün əlçatmaz olub.
Beləliklə, "Sabah" növbəti mövsümdə də ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək.
Qeyd edək ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu paytaxt təmsilçisi ötən mövsümdə də çempionluğa nail olmuşdu.