2025-ci ildə orta statistik şagirdin topladığı bal 132.33 olub.
"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu göstərici 2024-cü ildə 132.09 bal olub və ötən illə müqayisədə demək olar ki, dəyişməyib.