"İran nüvə silahı yaratmaq imkanına malikdir, lakin bunu etmək istəyi yoxdur, çünki İslam İnqilabının Rəhbərinin bu cür silahları qadağan edən fətvası var".
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, 2015-ci il nüvə sazişi, Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) hələ “ölü” deyil, lakin onu diriltmək də olmaz. Əraqçi həmçinin qeyd edib ki, JCPOA-nın dirçəldilməsi İrana heç bir mənada fayda verməyəcək: "Biz öz hüquqlarımızdan geri çəkilməyəcəyik. Nüvə proqramımız, o cümlədən zənginləşdirmə davam etməlidir. Bununla belə, biz proqramımızın dinc xarakterli olduğuna əmin olduğumuz üçün etimad və şəffaflıq tədbirləri görməyə və daha geniş monitorinqi qəbul etməyə hazırıq".
Ağarza Elçinoğlu