İspaniyanın "Barselona" komandasının vingeri Lamin Yamal yeni müqavilə imzalamaqla bağlı klub rəhbərliyi ilə razılığa gəlib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı ispaniyalı futbolçunun yeni müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Ulduz oyunçu hər mövsüm üçün bonuslar nəzərə alınmaqla, doqquz milyon avro qazanacaq.

Qeyd edək ki, Yamalın kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Futbolçu "Barselona"nın heyətində İspaniya La Liqasında 34 oyunda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.