Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
"Unikal" xəbər verir ki, mundialda bu gün ikinci turun görüşləri start götürəcək.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya seçməsi ilə qarşılaşacaq. Oyun saat 20:45-də başlayacaq. Elşad Quliyevin baş məşqçisi olduğu yığma mayın 21-də keçirdiyi ilk matçda Bəhreynlə 1:1 hesablı heç-heçə edib.
Dünya çempionatı. Qrup mərhələsi. 2-ci tur
A qrupu
12:45. Mavritaniya – Bəhreyn
20:45. Sloveniya – Azərbaycan
B qrupu
14:00. Fransa – Özbəkistan
16:30. Çad – Rumıniya
C qrupu
15:15. İngiltərə – Macarıstan
19:30. Ukrayna – Türkiyə
D qrupu
18:15. Bolqarıstan – Hindistan
22:00. Portuqaliya – Slovakiya
Qeyd edək ki, mundiala iyunun 1-də yekun vurulacaq.