İspaniyanın "Real Madrid” komandası baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırdığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

O, bundan sonra Braziliya millisinə rəhbərlik edəcək.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"in baş məşqçisi postunda çalışır. O, 2013-2015-ci illərdə də La Liqa təmsilçisinə rəhbərlik edib.