""Apple" şirkətindən Tim Kuka demişəm ki, mən ABŞ-də satılan "iPhone"ların Hindistanda və ya başqa yerdə deyil, ölkəmizdə istehsalını və yığılmasını gözləyirəm"

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb. 

"Əgər bu baş verməsə, Apple ABŞ-yə ən azı 25% rüsum ödəməli olacaq",  - Tramp qeyd edib.