Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qobustan qəsəbəsində 195 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqillik Günü və Suverenliyin Əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının taleyüklü əhəmiyyətindən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib və bu il müasir Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması dövlətimizin tam suverenliyinin təmin olunmasına xidmət edib.
Məktəbin direktor əvəzi Kəmalə Əsədova, müəllimlər Nüşabə Eyvazova, Şəms Hüseynova, Samirə Əmiraslanova, Ruqiyyə Kərimova, Aysel Mirzəyeva, Məlahət Teyibova və digərləri çıxışlarında Konstitusiyanın dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması yolunda mühüm qanunvericilik bazası rolunu oynadığını deyiblər.