Rusiyanın Xalq artisti Filipp Kirkorov Moskvada özəl klinikalardan birinə yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. 

Bildirilir ki, sənətçi Sankt-Peterburqdakı konsertdə yanıq xəsarəti alıb. Plastik cərrah Timur Haydarovun sözlərinə görə  yanıqların sağalma prosesi ləngiyib və şəkərli diabet səbəbindən əllərin birində fəsadlar yaranıb.  

"İndi həkimlər müğənninin sağlamlığı üçün mübarizə aparırlar: Pop kralı artıq iki həftədir ki, xəstəxanadadır", -  kanallardan biri yazıb.