Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində 2-ci tura start verilib.

"Unikal" xəbər verir ki,  bu gün daha 8 qarşılaşmadan 7-si keçirilib.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb. Görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Elvin Əlizadə, Mirmehti Rzayev, Xətai Bağırov, Kamran Abdullazadə vurublar. 

Qrupun digər oyununda isə Mavritaniya Bəhreynlə üz-üzə gəlib. Burada Mavritaniya 2:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi ilk görüşdə Bəhreynlə heç-heçə edib - 1:1.