Rüstəm İbrahimbəyovun pulları müxalifəti dağıtdı
11:23 29-08-2013
CƏMİYYƏT
Eldar Namazov hesabat verməli olacaq
Rüstəm İbrahimbəyovun pulları müxalifəti bir-birinə vurub. Belə ki, aydın olub ki, Rüstəm İbrahimbəyov müxalifətin , əsasəndə “EL” hərəkatı ilə Milli Şuranın aktivləşməsi üçün pul ayırıbmış. Müxalifətçilərdə etiraf edib ki, son aksiyada 150 bayrağın hazırlanması üçün Eldar Namazov vasitəsi ilə hər bayraq üçün 120 manat ayrılıbmış.
Amma buda bildirilir ki, artıq 5 ay imiş ki, hər ay üçün Moskvadan 20 min dollar pul göndərilib. Deyəsən pul məsələsi bununla tamamlanmır. Qeyd olunur ki, Rüstəm İbrahimbəyov bunlarla yanaşı bəzi müxalif liderlər üçündə pul göndərib. Ancaq həmən pullar yoxa çıxıb. Məhz bundan sonra narazılıqlar yaranıb və günbə-gün inkişaf etməkdədir. İlk dalğa isə “El” hərəkatından gəldi. Belə ki, “El” hərəkatında son günlər kütləvi istefalar baş verir. Bir-birinin ardınca hərəkatın bir neçə rayon təşkilatının rəhbəri mətbuata açıqlama verərək “El”dən getdiklərini bəyan etdilər. “El” rəhbərliyi də hərəkatda nələrin baş verdiyindən baş aça bilmirdi.Xüsusən də, “El”in Ali Məclisinin keçmiş sədr müavini Əflan İbrahimovun düşərgədən ayrılaraq irəli sürdüyü senasion ittihamlar və bu ittihamlar ətrafında davam edən müzakirələr gündəmdən düşmür. Ə.İbrahimov “El”dən çıxmaqla kifayətlənmədi. Keçmiş dostlarını Azərbaycanda iğtişaşlar törətməkdə ittiham edən Ə.İbrahimovun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin adamı olduğu bildirildi. “El”də baş verən “yarpaq tökümü” ətrafında müxtəlif fikirlər səsləndirilir. Bir çoxları bunun seçkiqabağı siyasi rəqiblər tərəfindən edildiyini, digərləri isə istefaların pul üstündə baş verdiyini bildirir. Hətta ehtimal olunur ki, rayon təşkilatlarının rəhbərləri “El” rəhbərliyi tərəfindən onlara vəd edilən vəsait verilmədiyindən acıq edərək istefaya əl atıblar.Böyük bir ziyalı elitanın xeyir-duası ilə siyasətə qoşulan “El”də nə baş verir? İstefaların əsl səbəbi nədən ibarətdir? “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev məsələnin kökündə maddi öhdəliklərin olmadığını deyib. Onun sözlərinə görə, “El” hərəkatı kiməsə belə bir vəd verməyib: “Belə xəbərlər yayılır ki, ”El” hərəkatından istefalar baş verir. Amma indiyədək bir dəfə də olsa bizə istefa ilə bağlı müraciət daxil olmayıb. Bu necə olur axı? Yəqin ki, bu da rəqiblərimizin bizə olan münasibətinin göstəricisidir. Deyirdilər “El” hərəkatı yoxdur, 5-10 nəfər üzvü var, qurama təşkilatdır. Bəs, indi necə olur ki, gündə deyirlər filan rayon istefa verdi və s. Bunlar qərəzli mövqedir bizə qarşı”-deyə E.Quliyev bildirib.Müxalifət düşərgəsində olanlar bildirir ki, məsələ bununla sona çatmayacaq. Hazırda müxalif liderləri iddia edirlər ki, Rüstəm İbrahimbəyov xətti ilə heç bir partiyaya pul daxil olmayıb və buna görə Eldar Namazov yaxın günlərdə hesabat verməli olacaq. Çünki bir tərəf iddia edir ki, pul göndərib, digər tərəf isə iddia edir ki, pul qəbul olunmayıb. Vasitəçi isə Eldar Namazovdur. Çox gülməli başqa bir məqam isə budur ki, Cəmil Həsənli vahid namizəd olandan sonra Rüstəm İbrahimbəyov sürətlə müxalifətdən uzaqlaşmağa başlayıb. Milli Şura üzvləri isə hesab edir ki, Rüstəm İbrahimbəyov verdiyi vədlərin heç olmasa bir hissəsini, seçkilərin maliyyələşməsini öz üzərinə götürməlidir. Rüstəm İbrahimbəyov isə artıq məğlub olduğunu gördüyü üçün kənara çəkilir, hətta hakimiyyət dairələrində bəzi qüvvələrlə əlaqə qurmağada çalışır. Beləliklə məlum oldu ki, bu gün müxalifətin parçalanmasına təsir edən amillərdən biridə Rüstəm İbrahimbəyovun pullarıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33