Bakıda minifutbol üzrə dünya çempionatı davam edir.

"Unikal" xəbər verir ki, bu günə 2-ci turun 8 matçı nəzərdə tutulub.

Polşa ABŞ-ı sınağa çəkəcək. Gürcüstan Argentina ilə qarşılaşacaq. İspaniya isə Serbiya ilə üz-üzə gələcək.

Dünya çempionatı, qrup mərhələsi

E qrupu

19:30. Monteneqro - Kosta Rika

20:45. Tailand - İndoneziya

F qrupu

14:00. ABŞ - Polşa

15:15. Bosniya və Herseqovina - Qazaxıstan

G qrupu

16:30. Gürcüstan - Argentina

22:00. BƏƏ - Çexiya

H qrupu

12:45. Qana - İsrail

18:15. İspaniya - Serbiya

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.