AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerdə xatirə meydançası yaradılıb.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.
Həmin əraziyə oturacaqlar quraşdırılıb, hasara alanan hissədə isə güllər əkilib.
Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 38-i həlak olub.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.