"Ştutqart" Almaniya Futbol Kubokunu qazanıb.
"Unikal" xəbər verir ki, Berlindəki Olimpia Stadionunda keçirilən finalda alman Sebastyan Hönessin rəhbərlik etdiyi komanda "Arminiya" ilə mübarizə apararaq 4:2 hesabı ilə qalib gəlib.
Fransalı hücumçu Enzo Millon "Ştutqart"ın heyətində dubl edib. Alman hücumçular Nik Voltemad və Denise Undav da fərqləniblər.
Ağarza Elçinoğlu