Futbol üzrə Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
"Unikal" xəbər verir ki, sonuncu - XXXVI turda "Turan Tovuz" evdə "Kəpəz"i 4:0, "Zirə" isə səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra Bakı təmsilçisi mövsümü 74 xalla ikinci, Naxçıvan klubu 58 xalla üçüncü, tovuzlular 55 xalla dördüncü, gəncəlilər isə 32 xalla doqquzuncu sırada başa vurub.