Texasdan olan revmatoloq Xorxe Zamora-Quesada dələduzluqda ittiham olunur. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, həkim dəbdəbəli həyat tərzi, şəxsi təyyarələr və idman avtomobilləri ilə diqqət çəkib. 

Texas hüquq-mühafizə orqanlarının araşdırması zamanı məlum olub ki, həkim bu imkanı "pasiyanetləri" vasitəsilə qazanıb. 

Belə ki, Zamora-Quesada xəstələri onların xroniki xəstəliklərdən əziyyət çəkdiyinə inandırıb. Sağlam insanlar lazımsız və bahalı prosedurlar və müxtəlif iynələr, infuziyalar, rentgenlər, MRT və digər prosedurlardan ibarət müayinələr üçün pul ödəyiblər.

Həkim xəstələri və sığorta şirkətlərini aldadıb, ömürlük, sağalmaz xəstəlik keçirməyən insanlara qəsdən revmatoid artrit diaqnozu qoyub. Hadisədən xəbər tutan polis onu saxlayıb. 

Ştatın Ədliyyə Departamenti bildirib ki, 68 yaşlı Zamora-Quesada 10 il müddətinə azadlıqdan məhrum edilib və 28 milyon 245 min 454 dollar, daşınmaz əmlak portfeli, reaktiv təyyarə və Maserati superkarı müsadirə edilib.