"Biz Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsini razılaşdıra bildik, sənədi yekunlaşdırdıq və layihə üzrə danışıqları başa çatdırdıq".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumunda çıxışı zamanı deyib.
"ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı gündəm bizim üçün məqbuldur və biz irəliləməyə hazırıq, lakin digər tərəfdən əmin olmaq istəyirik ki, biz və Azərbaycan vəziyyəti eyni şəkildə qəbul edir, əmin olmaq istəyirik ki, Azərbaycan öz ərazisindəki münaqişə vəziyyətini bağlamaq və Ermənistana bunu ixrac etmək niyyətində deyil", - Paşinyan bildirib.
Ağarza Elçinoğlu