Siyavuş Novruzov: "Cəmil Həsənli nə böyük adamdır ki, ona qarşı sui-qəsd törədilsin?"
Siyavuş Novruzov: "Cəmil Həsənli
nə böyük adamdır ki, ona
qarşı sui-qəsd törədilsin?"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı sui-qəsd iddiasına münasibət bildirib.
S.Novruzov Trend-ə bildirib ki, bu, bir seçki texnologiyasıdır: "Yəni bununla həmin şəxsin daha da çox reklam olunması, cəmiyyətin diqqətinin cəlb edilməsi və digər bu kimi məqsədlərlə ortaya atılmış bir haldır. Ona görə də bunlar hamısı yalandır, böhtandır".
S.Novruzov qeyd edib ki, burada heç bir sui-qəsd halından söhbət gedə bilməz, sadəcə olaraq bunu belə edirlər ki, cəmiyyətin diqqətini cəlb etsinlər və həmin şəxsin ətrafında öz reklamlarını qursunlar: "Cəmil Həsənli nə böyük adamdır ki, ona qarşı sui-qəsd törədilsin? Hər gün o adam müəyyən yerlərə gedir, gəlir. İndiyə qədər elə hal olmayıbsa, indi nə oldu ki, oldu? Bu elə bir əvəzolunmaz namizəddir və ya dünya siyasətçisidir ki, ona qarşı sui-qəsd hadisəsi planlaşdırsın".
S.Novruzov əlavə edib ki, belə yalan məlumatların yayılması, sadəcə, reklam məqsədi daşıyır.