"İran ABŞ-la müvəqqəti razılaşmanı nəzərdən keçirmir".
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurmalistlərə açıqlamasında deyib.
"ABŞ ilə müvəqqəti razılaşma hələ bizim gündəliyimizə daxil edilməyib", - o, qeyd edib.
Bəqayi həmçinin qeyd edib ki, İran hazırda uranın zənginləşdirilməsini üç il müddətinə dayandırmaq niyyətində deyil.
"İran İslam Respublikası son bir neçə həftə ərzində göstərdi ki, heç vaxt danışıqlarda vaxt itirməyə çalışmayıb. Hər kəsə aydındır ki, biz bu prosesə ciddi, məqsədyönlü, ədalətli, insaflı, fakta əsaslanan anlaşma əldə etmək niyyəti ilə daxil olmuşuq və bu prosesdə ciddiliyimizi nümayiş etdirmişik".
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi vurğulayıb ki, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində və İranın nüvə sahəsində hüquqlarını nəzərə alaraq nüvə məsələlərində ABŞ ilə ədalətli və balanslaşdırılmış saziş bağlamağa çalışır.
Gülayə Mecid