Ukrayna ərazisinə zərbələr endirərkən Rusiya Silahlı Qüvvələri yalnız hərbi obyektlərə hücum edir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov növbəti brifinq zamanı bildirib.
"Əlbəttə, Ukraynaya zərbələr hücumlara cavabdır. Biz ukraynalıların hədəflərimizi necə vurduğunu görürük. Bu, hərbi hədəflərə zərbədir", - Kreml sözçüsü bildirib.