"Gorusda konsulluq açacağıq".
"Unikal" xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bildirib.
"Həmçinin müdafiə sektorunda həm mütəxəssislərin hazırlanması, həm də silah-sursatla təminatı sahəsində əməkdaşlığımızı vurğulamağı zəruri hesab edirəm. Bütün bunların məqsədi Ermənistana ölkənin müdafiəsini və suverenliyini təmin etmək imkanı verməkdir", deyə nazir qeyd edib.
Ağarza Elçinoğlu