"Dövlət qulluğunda olanların hər birinə xatırlatmaq istəyirəm ki, bu vəzifələrin hər biri müvəqqətidir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu vəzifələr, səlahiyyətlər millət tərəfindən bizə həvalə olunub. Əhəmiyyətli olan xalqa səmimi şəkildə xidmət edərək Allahın rizasını qazanmaq və millətimizin duaları ilə şərəflənməkdir. İctimai maraq hər şeydən üstündür.
Dövlət nizam-intizam deməkdir. Dövlət öz vətəndaşlarına xidmət edən mexanizm deməkdir. Səlahiyyətlərindən sui-istifadə edənlərin göz yaşlarına baxmarıq. Biz hüquq və qanunların pozulmasına imkan vermirik, heç vaxt dövlət əmlakını və sərvətini israf edənə rəhm etməmişik və bundan sonra da etməyəcəyik", - deyə Türkiyə lideri qeyd edib.
Ağarza Elçinoğlu