"Formula 1" tarixinin ən məşhur simalarından biri, alman Mixael Şumaxerin Ferrari F2001 yarış avtomobili RM Sotheby's hərracında 15,98 milyon avroya satılıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İlkin qiymət təxmin 8 milyon avro olsa da, satış gözlənilən dəyəri iki dəfə artıraraq avtomobilin tarixi əhəmiyyətini və Şumaxere olan marağı təsdiqləyib.
Alıcının adı açıqlanmır.
Şumaxer 2001-ci ildə bu avtomobillə Macarıstan və Monako Qran-Prisini qazanıb və həmin il beşinci "Formula 1" çempionluğunu alıb. Ferrari F2001 Scuderia Ferrari komandasının tarixində ən uğurlu avtomobillərdən biri hesab olunur.
Ağarza Elçinoğlu