"Şamaxı" futbolçusu Brahim Konate ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. O, 2024-cü ilin yayından "Şamaxı"da oynayırdı. 


Bölgə təmsilçisi fransalı futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Konatenin karyerasını "Zirə"də davam etdirəcəyi gözlənilir.