Moldova Prezidenti Maya Sandu Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilini ən yüksək dövlət mükafatı - Respublika ordeni ilə təltif edib.

"Unikal" xəbər verir ki, mükafat vətən və bəşəriyyət naminə bütün sahələrdə xüsusi xidmətlərə görə verilir.

"Zurabişvili ordenə layiq idi, çünki onun liderliyi və demokratik dəyərlərə sadiqliyi hamımızı ruhlandırır", - deyə Sandu bildirib.