Prezident İlham Əliyev Buzovnada orta məktəbin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılışında iştirak edib
11:27 29-08-2013
CƏMİYYƏT
Prezident İlham Əliyev Buzovnada orta məktəbin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuş, yeni tədris korpusunun açılış mərasimində iştirak etmişdir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün yeni sinif otaqları, tədris korpusları, idman və akt zalları, yeməkxanalar inşa olunur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir.
Dövlətimizin başçısı 26 nömrəli orta məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağı Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, 1969-cu ildə inşa olunan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılmışdır. Sinif otaqları, idman və iclas zalları tam təmir olunmuş, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilmişdir.
Dövlətimizin başçısı sinif otaqlarına, idman və iclas zallarına baxdı, buradakı şəraitlə maraqlandı.
Sonra Prezident İlham Əliyev məktəbin yeni inşa edilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, məktəbdə şagird sıxlığı nəzərə alınaraq yeni tədris korpusu ən müasir standartlara uyğun şəkildə inşa olunmuşdur. Qırx sinif otağından ibarət yeni korpusda tikinti işləri qısa vaxt ərzində yüksək keyfiyyətlə həyata keçirilmişdir. Sinif otaqlarında şagirdlərin yüksək səviyyəli təhsil almaları üçün lazımi şərait yaradılmışdır. Yeni korpusda internet şəbəkəsinə qoşulmuş iki müasir kompyuter sinfi də fəaliyyət göstərir. Diqqətə çatdırıldı ki, 2340 şagird yerlik məktəbdə dərslər əsasən bir növbəli olacaqdır. Məktəbin yeni inşa olunmuş tədris korpusunda da müasir kommunikasiya sistemi quraşdırılmış, dayanıqlı elektrik enerjisi ilə təmin olunmuşdur.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49