Ukraynada hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk etmək istəyən vətəndaşlara kömək etməkdə şübhəli bilinən Zakarpatya Regional Şurasının deputatı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

"Xidmətin" qiyməti adambaşına 10 min avro təşkil edib. Bundan əlavə, deputat "müştəri"nin Kiyevdən sərhədə çatdırılmasını, lazım gələrsə, Ukraynaya daxil olmasını da təklif edib. Şəxslər 20 min avro aldıqdan sonra cinayət başında yaxalanıb.

Qeyd olunur ki, deputatın Ukrayna sərhəd xidmətində əlaqələri olan şəriki olub.