Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək.
"Unikal" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialda 4 oyun baş tutacaq.
A qrupunda 7 xalla birinci yeri tutan Azərbaycan millisi son dünya çempionu Rumıniya seçməsi ilə qarşılaşacaq. Görüş saat 20:30-da başlayacaq.
Dünya çempionatı, 1/8 final
27 may
17:30. İngiltərə - Bolqarıstan
19:00. Portuqaliya - Macarıstan
20:30. Azərbaycan - Rumıniya
22:00. Fransa - Mavritaniya
Qeyd edək ki, turnirə iyunun 1-də yekun vurulacaq.