Şəmkirdə 32 yaşlı qadın dərmandan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü Z.Abdıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Z.Abdıyeva kimyəvi dərmandan zəhərlənib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov