Yaponiyada göy öskürək hallarında həftəlik rekord artım qeydə alınıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ilin əvvəlindən yoluxma hallarının sayı 19,3 min nəfərə yaxın olub. Bu, 2019-cu illə müqayisədə təxminən 2,4 min hadisə çoxdur.
Mayın 12-dən 18-i daxil olmaqla, ölkə üzrə göy öskürəkə yoluxma hallarının sayı 2299 nəfər olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 507 hal çoxdur.
Ən çox göy öskürək halları Hyoqo, Çiba, Niiqata və Fukuoka prefekturalarında, eləcə də paytaxt Tokioda qeydə alınıb.
Bundan əvvəl Yeni Zelandiya Səhiyyə Nazirliyi ölkədə göy öskürək epidemiyası elan edib və son bir ay ərzində 260-dan çox yeni xəstəliyə yoluxma halı aşkarlanıb.