Sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı limit artırıla bilər.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, layihə hazırda dövlət orqanlarında müzakirə edilir:
"Sadələşmiş vergi məsələsi üzrə işlər davam edir. Hazırda hökumətdə müzakirə olunan layihələrdən biri də 200 min manat limitin artırılmasıdır. Yeni mexanizm təklif edilir. Əgər sadələşdirilmiş vergi ödəyicisi öz dövriyyəsinin bəlli hissəsini nağdsız əməliyyatlarla icra edirsə, onda onun limiti 50 faiz artırıla bilər. Bu təklif var, vergi orqanları ilə nazirlik tərəfindən müzakirə aparılır".
Anar Kəlbiyev