Türkiyə millisi, "Atletiko Madrid" və "Barselona"nın sabiq futbolçusu Arda Turan "Şaxtyor"un baş məşqçisi təyin ediləcək.

"Unikal" xəbər verir ki, 38 yaşlı türkiyəli mütəxəssis Ukraynanın "Şaxtyor" klubu ilə 2 illik müqavilə imzalayıb. Rəsmi təqdimat bu həftə baş tutacaq.

Qeyd edək ki, Arda Turan 2023-cü ildən Türkiyə çempionatında 6-cı yeri tutan “Eyüpspor”un baş məşqçisi idi.