İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsini müvəqqəti icra edən Nuri Aslan barəsində istintaq başladılıb.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, istintaq Nuri Aslanın məhkəmə binasında mühafizəçiləri hədələməsi səbəbilə “Vəzifədən yayındırmaq məqsədilə müqavimət göstərmək” maddəsi üzrə başlanılıb.

Qeyd edək ki, Nuri Aslan bu il martın 26-da “korrupsiya” ittihamı ilə həbs edilən Əkrəm İmamoğlunun yerinə İBB sədrinin vəkili (müvəqqəti icraçı) seçilib.