Liverpulda avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 65 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Mersisayd polisi məlumat yayıb. 

“Biz təsdiq edə bilərik ki, ümumilikdə 65 nəfər xəsarət alıb, onların bir çoxu xəstəxanaya yerləşdirilib”, - deyə polis rəisi bildirib.

Qeyd edilib ki, yaralılardan 11 nəfəri hələ də həkim nəzarətində olsa da, hamısının vəziyyəti stabildir və sağalmaq üzrədir.