Dövlət Departamenti ABŞ vətəndaşlarını Venesuelaya səyahət etməməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Dövlət Departamenti Venesuelaya ən yüksək səyahət məsləhət səviyyəsini (səviyyə 4) təyin edir: özbaşına həbs, həbsdə işgəncə, terrorizm, adam oğurluğu və ədalətsiz hüquq-mühafizə praktikaları daxil olmaqla ciddi risklərə görə buraya səyahət etməyin”, - deyə bəyanatda qeyd olunur.