Türkiyəli tanınmış futbol mütəxəssisi Arda Turanın yeni iş yeri bəlli olub.
"Unikal" xəbər verir ki, 38 yaşlı məşqçi Ukraynanın "Şaxtyor" komandasının sükanı arxasına keçib. Bu barədə Donetsk klubunun rəsmi saytı məlumat yayıb.
Onunla 2027-ci ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Arda Turan son olaraq ölkəsində "Eyupspor"a rəhbərlik edib.