Romada ABŞ və İran arasında aparılan danışıqlar müsbət olub və növbəti raundun baş tutacağı gözlənilir.

"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus brifinqdə deyib.

“Müzakirələr həm birbaşa, həm də dolayısı ilə olub və iki saatdan çox davam edib. Danışıqlar konstruktiv şəkildə davam edir. Biz daha da irəliləyiş əldə etmişik: “Hər iki tərəf yaxın gələcəkdə yenidən görüşmək barədə razılığa gəliblər”, - Bryus bildirib.