Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı zonasında vəziyyət gərgin olaraq qalır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov açıqlayıb. 

Onun sözlərinə görə, əsas təhlükə Əfqanıstandan gəlir: "Dövlətlərimiz üçün çağırışlar artır... Terror təhdidləri KTMT-nin məsuliyyət zonasında qalmaqda davam edir".

Nazir qeyd edib ki, Əfqanıstanda hələ də 20-yə yaxın radikal qruplaşma fəaliyyət göstərir. Andrey Belousov konkret təşkilatların adını çəkməsə də, üzvlərinin ümumi sayının 15 mini keçdiyini bildirib. 

O, bildirib ki, yaraqlıların KTMT ölkələrinin ərazisinə daxil olma ehtimalı artır.

Ağarza Elçinoğlu