Milli Şuranın London sərgüzəştləri
11:52 30-08-2013
İQTİSADİYYAT
Milli Şuranın London sərgüzəştləri
Səfərin pərdəarxası detalları
Milli Şuranın prezidentliyə yeni vahid namizədi professor Cəmil Həsənli Londona dəvət alması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Cəmil Həsənli xəbəri təsdiqləyərək, ona və eləcə də Milli Şura rəhbərliyinə Londondan dəvət gəldiyini bildirib.
Dəvətin kim tərəfindən gəldiyi barədə danışarkən Cəmil Həsənli Eldar Namazovun bu barədə məlumatlı olduğunu deyib:
"Londona tək mən yox, Milli Şuranın rəhbərliyi dəvət olunub. Bu işlərdə Eldar Namazov daha çox məlumatlıdır. O, bu işin içindədir".
Qeyd edək ki, Milli Şura rəhbərliyinin sentyabr ayının əvvəllərində Londona səfəri planlaşdırılır. Səfərdə Cəmil Həsənli ilə birlikdə Müsavat başqanı İsa Qəmbərin, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının və MŞ Aparatının rəhbəri Eldar Namazovun da Londona gedəcəyi gözlənilir. Eyni zamanda Milli Şura sədri Rüstəm İbrahimbəyovun orada olacağı bildirilir.
Səfər barədə danışan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə isə dəvət Böyük Britaniya Kral İnstitutu tərəfindən gəlib. Səfər 5 gün davam edəcək. AXCP rəsmisinin sözlərinə görə, Milli Şuranın London səfərində Rüstəm İbrahimbəyov da iştirak edəcək:
"Milli Şuraya beynəlxalq diqqət artmaqdadır. Səfərdə prezidentliyə vahid namizəd Cəmil Həsənli, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov, qrumun icra aparatının sədri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər və Əli bəyin pasportu olmadığı üçün onun təmsilçisi kimi AXCP-dən mən iştirak edəcəyəm. Maraqlı görüşlərimiz nəzərdə tutulub. İngiltərə parlamentində, Xarici İşlər Nazirliyində, "BBC" TV-də, "Artikl 19" təşkilatında keçiriləcək görüşlərdə seçkiqabağı vəziyyətlə bağlı müzakirələr aparacağıq".
Amma sən demə bu görüş heç də təqdim olunduğu kimi rəsmi bir görüş deyil. Ekspertlər bildirir ki, bu tip görüşlər müxtəlif ölkələrin müxalif qüvvələri ilə həyata keçirilir və əsas məqsəd sadəcə olaraq həmin ölkənin siyasi mühiti ilə maraqlanmaqdır. Yəni bu səfər heç də Milli Şuraya yaranan maraqla bağlı deyil. Buda qeyd olunur ki, əslində bir neçə ay öncə Rüstəm İbrahimbəyov belə bir görüşün Böyük Britaniyanın siyasi rəhbərliyi ilə keçirilməsi üçün müraciət edibmiş. Amma Böyük Britaniya rəhbərliyi bu görüşdən imtina edib və nəticədə sadəcə məlum institut səviyyəsində belə bir görüşün olması planlaşdırılıb. Və bu tip görüşlərin heç bir siyasi məna daşımadığı söylənilir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53