Fransa millisinin hücumçusu Kilian Mbappe 2024/2025 mövsümündə "Real Madrid"in ən yaxşı futbolçusu seçilib.
"Unikal" xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
"Bu mənim üçün böyük şərəfdir. Gələndə komandaya, ölkəyə, yeni dilə və mədəniyyətə uyğunlaşmalı oldum. İndi özümü əla hiss edirəm və bu, meydanda özünü göstərir", - Mbappe deyib.
Ötən mövsüm forvard "Real Madrid"in heyətində bütün turnirlərdə 56 oyun keçirib və 43 qol vurub.
İyunun 3-də Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması rəsmən açıqlanıb. Bundan əvvəl forvard 2017-ci ildən Fransa PSJ-də çıxış edib.