İtaliyanın "Napoli" komandası Antonio Konteni baş məşqçi postunda saxlamaq üçün mütəxəssisin maaşını artırmaq niyyətindədir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi heyəti gücləndirmək üçün bir sıra böyük müqavilələr imzalamaq, o cümlədən belçikalı yarımmüdafiəçi Kevin De Bruyneni transfer etmək istəyir.

Xatırladaq ki, son günlər İtaliya mətbuatında 55 yaşlı çalışdırıcının "Napoli"dən ayrılmağı düşündüyü barədə məlumatlar yer alır. Klub prezidenti Aurelio De Laurentis baş məşqçi ilə bir sıra görüşlər keçirərək, onunla komandadakı gələcəyi barədə müzakirələr aparıblar.

Antonio Konte 2024-cü ilin yayından Neapol təmsilçisinə rəhbərlik edir. İtaliya nəhəngi onun rəhbərliyi altında A Seriyasında 2024-2025-ci illər mövsümünün qalibi olub.